"Forum bizi dünyaya, dünyanı bizə tanıdır" MÜNASİBƏT

"Forum bizi dünyaya, dünyanı bizə tanıdır" MÜNASİBƏT

"Dünya səviyyəsində çox aktual məsələlərin müzakirəsi məhz III Bakı Beynəlxalq Humanitar Forumda baş tutur. Təbii ki, forumda müzakirə edilən məsələlər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Arif Rəhimzadə Bakıda keçirilən forumun əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, forumda həmçinin müəyyən tendensiyalar da müəyyənləşdirilir: "Forumun digər üstünlüklərindən biri də ondan ibarətdir ki, beynəlxalq əhəmiyyətli tədbir məhz Bakıda keçirilir. Forum iştirakçıları Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Forumda Azərbaycan mədəniyyəti ilə yanaşı, həm də ölkə iqtisadiyyatı nümayiş etdirilir. Bu cür tədbirlər bizi dünyaya, dünyanı bizə tanıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə