Türkiyənin İstanbul şəhərində Beynəlxalq İpək Yolu Konqresi keçirilir. Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımın dəvəti ilə nəqliyyat naziri Ziya Məmmədov da Konqresdə iştirak edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, "Şərq və Qərb arasında sülh, əməkdaşlıq və ticarət bölgəsini yenidən nəzərdən keçirmək" mövzusunda təşkil olunan konqresdə, tarixi İpək Yolu üzərindəki yerləşən ölkələr arasında ticari, iqtisadi və mədəni əlaqələrin dərindən araşdırılması nəzərdə tutulur.
Həmçinin, tədbir çərçivəsində bu gün regionun ən iri layihələrindən biri hesab edilən Marmaray layihəsinin rəsmi açılış mərasiminin təşkili planlaşdırılır. Bundan əlavə, tədbir zamanı nəqliyyat nazirləri arasında ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB