Ölkə başçısı Braziliya-Azərbaycan dostluq qrupunun sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonu qəbul edib. SİA-nın məlumatına görə, yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edən K. Kajado Azərbaycan xalqının müdrik seçim etdiyini vurğulayıb.
Braziliyalı qonaq iştirak edəcəkləri III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edib. K. Kajado yeni yaradılan Braziliya-Azərbaycan dostluq qrupunun fəaliyyətinin ölkələr arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində, dövlət başçısı Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğun qeyd edən prezident bu yaxınlarda Braziliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdiyini xatırladıb.
Dövlət başçısı ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanların olduğunu deyib. Prezident Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını ölkələr arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. III Bakı Beynəlxalq Humanitar Forumunun önəmini vurğulayan prezident Forum çərçivəsində keçiriləcək görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB