"Avropa Parlamentinin seçkilərə qərəzli yanaşması cəmiyyət tərəfindən hiddətlə qarşılanır" Münasibət

"Avropa Parlamentinin seçkilərə qərəzli yanaşması cəmiyyət tərəfindən hiddətlə qarşılanır" Münasibət

"Avropa Parlamentinin son vaxtlar Azərbaycanda keçirilən şəffaf, ədalətli və demokratik seçkilərə qərəzli mövqe ilə yanaşması cəmiyyət tərəfindən hiddətlə qarşılanır. Azərbaycanda eçkilərdə səs verir və layiqli namizədini seçir". SİA-nın məlumatına görə, bu fikirləri parlamentin iclasında çıxışı zamanı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, müstəqillik illərindən başlayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hər zaman Azərbaycan əleyhinə qərəzli rəy verməklə məşğuldur: "Dəfələrlə həmin təşkilatla əməkdaşlıq etməyimizə, bir sıra vacib məsələləri, o cümlədən seçki məcəlləsini onlarla müzakirə etməyimizə baxmayaraq, onlar öz qərəzli məqsədlərindən heç vaxt əl çəkmirlər. Buna bariz nümunə kimi ABŞ və Rusiyada keçirilən prezident seçkilərinə onların buraxılmamasına misal gətirmək olar. Lakin onlar Azərbaycanda keçirilən seçkilərdə çox rahat şəkildə iştirak etdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə