Politoloq: “Avropa Birliyinin ölkəmizdəki seçkilərlə bağlı qiyməti qeyri obyektiv yanaşma idi” MÜNASİBƏT

“Düşünürəm ki, məsələ müzakirə edildikdən sonra Azərbaycanın AvroNest-dəki üzvlüyü davam edəcək”
Politoloq: “Avropa Birliyinin ölkəmizdəki seçkilərlə bağlı qiyməti qeyri obyektiv yanaşma idi” MÜNASİBƏT

"Düşünürəm ki, Avropa Parlamentinin Azərbaycandakı 9 oktyabr prezident seçkiləri ilə bağlı verdiyi rəy Parlament tərəfindən müzakirə olunduqdan və rəsmi münasibət bildirildikdən sonra Azərbaycan Avronestdəki fəaliyyətini yenidən bərpa edəcək". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli Azərbaycanın Avronest-dəki fəaliyyətininin dondurulması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, Avropa Birliyinin ölkəmizdəki seçkilərlə bağlı verdiyi qiymət subyektiv, qeyri-obyektiv yanaşma idi.

Onun sözlərinə görə, AP-nın belə bir addım atması indiyə qədər ölkəmizlə olan əməkdaşlığa yaraşmayan bir addım idi: "Azərbaycan hər zaman Avropa Birliyi ilə sıx əməkdaşlıq edib. Ordakı fəaliyyətimiz birmənalı şəkildə dövlətimizin maraqlarına dayanan bir səviyyədə aparılıb. Düşünürəm ki, məsələ parlamentdə müzakirə olunduqdan sonra Azərbaycanın Avronest Parlament Assambleyasındakı fəaliyyətini davam edəcək. Əgər əks qərar qəbul edilərsə belə, bu o demək deyil ki, biz Avropadan əlimizi götürəcək və xarici siyasət kursumuzda kardinal dəyişikliklər edəcəyik".

Qeyd edək ki, prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə gələn Avropa Parlamentinin müşahidə missiyası, Avropa Şurası Parlament Assambleyası seçkilərin şəffaf, demokratik, azad keçdiyini bildirsə də, dünən əvvəlki rəyindən fərqli açıqlama yayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərin standarta uyğun keçmədiyi barədə rəyini dəstəklədiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə