“Azərbaycan Gənc Diplomatlar Birliyi” öz layihələrinin təqdimatını keçirib YENİLƏNİB-FOTOLAR

“Azərbaycan Gənc Diplomatlar Birliyi” öz layihələrinin təqdimatını keçirib YENİLƏNİB-FOTOLAR

Bu gün "Azərbaycan Gənc Diplomatlar Birliyi" Beynəlxalq Mətbuat Mərkəzində "Gənclərin diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşə hazırlığının və intelektual səviyyəsinin inkişafı" layihəsini təqdim edib. SİA-nın məlumatına görə, təqdimat mərasimində ictimai xadimlər, gənclər təşkilatlarının rəhbərləri, QHT nümayəndələri media mənsubları iştirak ediblər.

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli çıxış edərək deyib ki, "Azərbaycan Gənc Diplomatlar Birliyi" son zamanlar xeyli populyarlaşan, öz fəaliyyəti ilə gənclərin diqqətini cəlb edən və ətrafında daha böyük gənclər ordusnu toplamağa başlayan, ölkənin ictimia-siyasi həyatında fəallığı ilə seçilən, eləcə də ölkə tarixində ən mühüm hadisələrdən biri 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərində fəallığı ilə yadda qalıb: "Təqdimat mərasimində qoyulan məsələnin özü də çox aktualdır. Əgər belə olmasaydı, birliyinin "Gənclərin diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşə hazırlığının və intelektual səviyyəsinin inkişafı" layihəsi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyinə layiq görülə bilməzdi".

Daha sonra Azərbaycan Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov söz alaraq əvvəlcə fonda haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Fond 2011-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 542 saylı fərmanı ilə təsis edilib. Həmin dövrdən bu günə qədər 4 qrant müsabiqəsi élan edilib, eləcə də bir çox gənclər təşkilatları və fərdi gənclərin maliyyələşməsi prosesi həyata keçirilib. "Gənclərin diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşə hazırlığının və intelektual səviyyəsinin inkişafı" layihəsi də həmin 4 qrant müsabiqəsi layihələrindən biridir. Çox sevindirici haldır ki, bu gün burada kifayət qədər motivasiyalı və layihədə iştirak etmək həvəsində olan gənclər müşahid edilir".

Digər çıxış edənlər də layihə haqqında maraqlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 3 ay davam edən icra müddətində konfransların, seminarların, interaktiv dərslərin təşkili, müvafiq nəşriyyat vasitələrinin çap olunması və təbligi, gənclərin beynəlxalq münasibətlər və diplomatiya sahəsində dolğun bilik və vərdişlərə yiyələnmələrinə şərait yaradacaq, layihə haqqında ictimaiyyətə geniş məlumat veriləcək, gənclərin hansı şəkildə layihəyə qoşulması prosedurları izah olunacaq.

Layihə çərçivəsində gənclər tanınmış politoloqların, peşəkar diplomatların, ekspertlərin mühazirələrindən bəhrələnə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə