Elman Nəsirli: “Yeqor Şerbakovun ölməməsi vəziyyəti daha da gərginləşdirir” AÇIQLAMA

Elman Nəsirli: “Yeqor Şerbakovun ölməməsi vəziyyəti daha da gərginləşdirir” AÇIQLAMA

"Bu məsələ ilə bağlı birmənalı fikir söyləmək çox çətindir. Hesab edirəm ki, əgər 25 yaşlı Yeqor Şerbakovun sağ olması ilə bağlı yayılan məlumatlar realdırsa və bu informasiyalar öz təsdiqini taparsa bu, Rusiyanın Daxili İşlər Nazirliyinə, miqrasiya xidmətinə ciddi zərbə olacaq". Bunu SİA-ya Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli 25 yaşlı Rusiya vətəndaşı Yeqor Şerbakovun ölməməsi ilə bağlı mətbuatda yayılan informasiyalara münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, bundan sonra Rusiyanın hüquq-mühafizə orqanlarında çalışanların vəzifədə qalmaq səlahiyyətləri olmamalıdır: "Orxan Zeynalovla bağlı hadisələrdən şou yaratmağa çalışan rəsmi Moskva sanki Usama Bin Ladeni tutmuş kimi sevincək olublar. Bütün bunların fonunda Yeqor Şerbakovun ölməməsi və onun Varşava şəhərində saxlanılması ilə bağlı yayılan informasiyalar isə vəziyyəti daha da gərginləşdirir. Reallıqda isə mən heç cürə bu məlumatlara inanmıram. Ən azından bu, Rusiya kimi böyük dövlətin imicinə zərbə ola bilər. Hesab edirəm ki, əgər bu öz təsdiqini taparsa, Rusiya prezidenti Vladimi Putin öz kadr siyasətində xeyli dəyişikliklər etməyə məcbur qalacaq".

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Rusiyada miqrant həyatı yaşayan Orxan Zeynalov 25 yaşlı Rusiya vətəndaşı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək barəsində həbs qəti imkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə