Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Londonda danışıqlar aparacaq

Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Londonda danışıqlar aparacaq

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana olan səfərini başa vuraraq Londona yola düşüb. SİA-nın xəbərinə görə, bu barədə ABŞ-lı diplomat rəsmi "Twitter" səhifəsində bildirib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları Londonda davam etdirəcək.

Qeyd edək ki, C.Uorlik Azərbaycana səfəri ilə bağlı təəssüratlarını da bölüşüb. O, möhtəşəm nahar üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür edib və naharda yediyi "piti"nin çox dadlı olduğunu bildirib.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə