Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib
Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin Prezidenti Maykl Kassen və Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin baş icraçı direktoru Hovard Kohr Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər. SİA-nın məlumatına görə, təbrikdə deyilir:
Hörmətli Prezident İlham Əliyev!
Sizə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ABŞ-ın yəhudi icması və Amerika-İsrail İctimai Əlaqələr Komitəsi adından təbriklərimizi çatdırmaq istərdik.
Azərbaycanın yəhudi icmasına göstərdiyiniz dəstəyi və İsrail dövləti ilə dinamik əlaqələri qoruyub saxlamaq marağınızı yüksək qiymətləndiririk. Regionda strateji məsələlər sahəsində əlaqələr gələcək aylarda və illərdə daha mühüm əhəmiyyət kəsb edəcəkdir.
Amerikalılar kimi, biz Azərbaycan ilə ABŞ arasındakı terrorizmlə mübarizə məsələsindən enerji məsələlərinədək müxtəlif sahələri əhatə edən mühüm əlaqələri yüksək qiymətləndiririk.
Bir daha Sizə ən səmimi təbriklərimizi, Sizin administrasiyanıza və Azərbaycan Respublikasına ən xoş arzularımızı çatdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB