Tahir Kərimli: “Cəmil Həsənli, axı sən keçmişini niyə unudursan?” AÇIQLAMA

Tahir Kərimli: “Cəmil Həsənli, axı sən keçmişini niyə unudursan?” AÇIQLAMA

"Artıq prezidentliyə namizədlərin təbliğat, təşviqat kampaniyasının başa çatmasına az müddət qalıb. Amma hələ də heç kim Cəmil Həsənlinin platformasının nədən ibarət olması haqqında məlumata malik deyil". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli Cəmil Həsənlinin debatlar zamanı eyforiyaya düşərək ,öz platformasından danışmaq əvəzinə, hakimiyyətin ünvanına şər, böhtan atması məsələninə aydınlıq gətirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, bu insanların gətirdikləri bütün arqumentlər təhqir, fakta söykənməyən fikirlərdir: "Ona dəfələrlə xəbərdarlıq edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının Prezident və onun ailə üzvlərinin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı xüsusi qanunu var. Bu insan hələ də başa düşmür ki, bötanlarla məsuliyyətə cəlb oluna bilər. Cəmil Həsənli, axı sən keçmişini niyə unudursan? Ümummmilli lider Heydər Əliyev, eləcə də bu siyasi kursun layiqli davamçısı İlham Əliyev haqqında səsləndirdiyin müsbət fikirlər hara yox oldu? Mən hələ də bilmirəm ki, Cəmil Həsənli düşdüyü şokdan nə vaxt ayılacaq. Cəmil Həsənliyə səslənərək demək istəyirəm ki, ağlını başına yığsın. Bu insan ondan necə istifadə edildiyini dərk etmir".

Ötən gün Cəmil Həsənlinin "gənclərlə" təşkil olunan görüşü zamanı yaranan qalmaqala da münasibət bildirən Tahir Kərimli sözlərinə əlavə edib ki, əgər ona konkret sual ünvanlanırsa, həmin suala da konkret cavab verməlidir: "Gənclərdən birinin Cəmil Həsənliyə verdiyi sual onun qüruruna toxundu. Niyə? Bu insanlar çox gözəl bilirlər ki, məğlubiyyət qaçılmazdır. Burada heç bir qələbədən söhbət gedə bilməz. Heç bunun işartısı belə yoxdur. Bu mənada mən onların bütün hərəkətlərini pisləyirəm. Demək istəyirəm ki, nə qədər ki gec deyil, ağıllarını başlarına yığsınlar, lazımsız söhbətləri, böhtanları, qarayaxmaları aradan qaldırsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə