Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebari ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında olan münasibətlərin hazırkı səviyyəsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tərəflər arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə müvafiq sahələri əhatə edən sənədlərin imzalanması barədə razılıq əldə olunub. Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB