Müasir Ağdaşın inkişafı İlham Əliyevin adı ilə bağlıdır FOTO

Müasir Ağdaşın inkişafı İlham Əliyevin adı ilə bağlıdır FOTO

Bu gün Ağdaş rayonunda seçicilərilə növbəti görüş keçirilib. SİA-nın məlumatına görə, ilk görüş Ağdaş şəhərinin 3 və 4 saylı, ikinci görüş isə 5 və 6 saylı məntəqələrində yaşayan YAP fəalları olan seçiciləri əhatə edib.

Görüşlərdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov, Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağdaş rayonu üzrə Seçki Qərargahının təbliğat qrupunun üzvləri İsa Eminov, Gülər Hacıyeva, Rafiq Nəbiyev, partiya fəallarından Almaz Paşayeva, Əli Cəbiyev, Rövşən Əliyev son 10 il ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində geniş vüsət alan inkişafın Ağdaşdan da yan keçmədiyindən söhbət açıblar.

Bildirilib ki, son illərdə rayonda müxtəlif obyekt və müəssisələr tikilərək istifadəyə verilib. Bu gün Prezidentin tapşırığına əsasən magistral yolların qovşağında yerləşən Ağdaş yenidən böyük tikinti meydanına çevrilib. Ağdaş şəhərində yeni inzibati mərkəzin yaradılması istiqamətində işlər sürətlə davam edir. Burada Heydər Əliyev Mədəniyyət Mərkəzi, Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı, Dövlət Yanğından Mühafizə Hissəsi üçün inzibati binalar, həmçinin Bayraq meydanı tikilir. Rayonumuzda Heydər Parkı yenidən qurulub, Heydər Əliyev prospektində abadlıq işləri həyata keçirilib, Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, Beton zavodu istifadəyə verilib, Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidənqurulması layihəsi davam etdirilir, dəmir yolu vağzalı üçün yeni bina, qarışıq yem zavodu, biyan kökü, kərpic və dam örtükləri istehsalı müəssisələri, ticarət, otel-istirahət və 1200 başlıq heyvandarlıq kompleksləri tikilir. Təkcə bu il 7 məktəb, son 10 ildə isə 22 yeni məktəb binası və 1 uşaq baxçası tikilmiş, 6 məktəb binası və 1 uşaq baxçası əsaslı təmir olunub, hazırda 5 məktəb binasının tikintisinə başlanılıb və 1 uşaq baxçasında son tamamlama işləri həyata keçirilir".

Görüş iştirakçıları bildiriblər ki, müasir Ağdaşın inkişafı məhz cənab İlham Əliyevin adı ilə bağlıdır və ağdaşlılar bu inkişafın davamlı olması üçün 9 oktyabrda ölkə başçısına səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə