Elçin Mirzəbəyli: “Cəmil Həsənlidən belə bir davranış gözlənilən idi” MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Cəmil Həsənlidən belə bir davranış gözlənilən idi” MÜNASİBƏT

"Cəmil Həsənlinin tele-debat vasitəsilə səsləndirdiyi təndiq və təhqiredici ifadələr ilk növbədə Azəbaycan xalqına, seçicisinə hörmətsizlik idi". Bu sözləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli İctimai Televiziyada yayımlanan tele-debata münasibət bildirərkən deyib. O bildirib ki, debatda baş verən qarşıdurma bir daha onu sübut etdi ki, bu gün Azərbaycanın siyasi səhnəsinə atılan insanlar sivil siyasi münasibətlərə, etik normalara əməl etməyə hazır deyillər.

Debatda baş verənlərin qabaqcadan hazırlandığını dilə gətirən E. Mizəbəyli vurğulayıb ki, Cəmil Həsənlidən belə bir davranış gözlənilən idi: "Yaranan vəziyyət imkan verdi ki, Cəmil Həsənli ona qarşı yönələn bir sıra tutarlı ittihamlardan yayınsın. Bilirik ki, Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov onunla bağlı çox ciddi faktlar açıqlamışdı. Bundan əlavə, prezidentliyə digər namizədlər Cəmil Həsənlinin çıxışlarından, təmsil etdiyi düşərgə və kitablarından bir neçə nümunələr gətirmişdilər. Lakin Cəmil Həsənli bunların heç birinə cavab vermədi. O, yaranan vəziyyətdən istifadə edərək radikallıq nümayiş etdirməyə başladı. Prinsip etibarı ilə, faktlardan yayınmağa cəhd göstərdi. Debatda yaranan vəziyyət üzücüdür. Bu, hər bir Azərbaycan vətəndaşını narahat edir. Cəmil Həsənlidən belə bir davranış gözlənilən idi. Debatda baş verənlər Cəmil Həsənli tərəfindən qabaqcadan hazırlanan bir ssenari idi".

Bütün xəbərlər Facebook səhifəmizdə