YAP Sabunçu rayon təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayonun fəal qadınları ilə olub. SİA-nın məlumatına görə, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Prezident İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövlətinin daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrildiyini deyib.
O bildirib ki, bu gün bütün sahələrdə inkişaf var: "Ulu Öndər Heydər Əliyev və ümumən dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Tarixi həqiqətdir ki, bütün dövrlərdə və dünyanın hər yerində qadına münasibət məsələsi həmişə gündəmdə olub. Azərbaycanda qadına münasibət həmişə yüksək olub. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışır. İnanıram ki, qadınlarımız 9 oktyabrda keçiriləcək növbəti prezident seçkilərində də fəallıq nümayiş etdirəcək və cənab İlham Əliyevə səs verəcək".
Görüşdə Həqiqət Zeynalova, Rəfiqə Hacıyeva və başqaları çıxış edərək bildiriblər ki, Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir: "Biz qadınlar fəxr edirik ki, ölkəmizə İlham Əliyev rəhbərlik edir. Prezident seçkilərində fəal iştirak edib İlham Heydər oğlu Əliyevə səs verməklə övladlarımızın işıqlı sabahlarına, nurlu və sağlam gələcəklərinə ölkəmizin daha da qüdrətlənməsinə səs verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB