Qusarda təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə davam edir
9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkilərinin təbliğat təşviqat kampaniyasına 16 sentyabrdan etibarən start verilib. YAP-ın prezident seçkilərində irəli sürdüyü namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla başlayıb və böyük ruh yüksəkliyi ilə davam edir. Azərbaycanın bütün bölgələrində YAP Cənab İlham Əliyevin təbliqat və təşviqatını dayanmadan, fəal şəkildə aparır. Belə ki, digər bölgələrlə yanaşı olaraq, Qusar şəhərində də bu kampaniya yüksək səviyyədə davam edir.Qusar şəhərinin incəsənət məktəbinin akt zalında və rayonun Yasab, Piral və Cibir kəndlərində seçicilərlə görüşlər keçirilib. Görüşdə çıxış edən Millət vəkili Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri David Ibramxəlilov, Yasab, Piral və Cibir kənd sakinlərindən Rəhimə Muradxanova, Günəş Mövlanov, Qəhrəman Hüseynov ,Validə Məhsimova, Kamran Mikayılov və başqaları Yeni Azərbaycan Partiyasının sədri, Dövlət Başçısı İlham Əliyevin gördüyü işlər haqqında, həmçinin, Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasətinin nəticələrindən geniş və ətraflı danışaraq vətəndaşları Azərbaycan xalqının layiqli Oğlu Cənab İlham Əliyevə səs verməyə çağırdılar. Qeyd edək ki, Qusar əhalisi YAP-ın namizədi olan Cənab İlham Əliyevi səmimi qəlbən dəstəkləyirlər.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB