XİN rəsmisi: “Misirdəki səfirliyimiz yaxın vaxtlarda işini bərpa edəcək”
"Yaxın vaxtlarda Azərbaycanın Misirdəki səfirliyi tam heyətdə işini bərpa edəcək". Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə, diplomatik heyət yaxın vaxtlarda Misirə qayıdacaq və səfirlik adi rejimdə fəaliyyət göstərəcək.
Xatırladaq ki, hazırda Azərbaycanın Misirdəki səfirliyində 2 diplomat çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB