"Qərb başa düşməlidir ki, bura Şərqdir və hər addımda ehtiyatlı olmalıdır” Münasibət
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara cavab olacaq "Azərbaycan Respublikası: müsbət idarəçilik modeli" sərlövhəli təhlili yazı hazırlanıb və həmin material qurumun saytında yerləşdirib.
"Azərbaycanda prezidentliyə namizədlərin qeydə alınması prosesi çox yüksək səviyyədə həyata keçirilir. Onlar üçün bu günə qədər heç bir maneçilik törədilməyib. Eyni zamanda, REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovun belə namizədliyinin qeydə alınması və bu tip məsələlərin olması bir daha onu göstərir ki, Azərbaycan iqtidarı prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsində daha maraqlıdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev mövcud materiala münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı belə qərəzli basqıların arxasında həmin qurumların şəxsi maraqları durur: "Lakin unutmaq lazım deyil ki, Azərbaycan 20 il bundan əvvəlki ölkə deyil. Digər tərəfdən isə hazırki Prezident İlham Əliyev 1992-ci ildə hakimiyyətdə olan rəhbərlərdən deyil. Prezident İlham Əliyevin dünya siyasətindən çox gözəl anlayışı var. Buna görə Avropanın bəzi qurumları və yaxud da bir sıra dövlətlərin kəşfiyyat orqanlarının əl altıları olan təşkilatların bu kimi addımlar atması olduqca mənasızdır. Həmin təşkilatlar Azərbaycanın nə qədər demokratik, dünyəvi və sülhsevər dövlət olduğunu anlasalar, daha yaxşı olar".
Təhlil xarakterli yazıda yer alan "Məntiqli və siyasi etika Qərb demokratiyalarından başlayaraq, beynəlxalq qurumların Azərbaycan Respublikasını seçdiyi yolda (sosial tərəqqi və parlament demokratiyası) dəstəkləməsinə səbəb olacaq" fikirlərinə də aydınlıq gətirən politoloqun fikrincə, Azərbaycan əvvəldən demokratiya yolunu seçib: "Azərbaycan Avropaya inteqrasiya etməyi, eləcə də Atlantik hövzəsindəki ölkələrlə sıx əlaqələr saxlamağı, həmçinin regionda aparıcı dövlət olmağı qarşısına məqsəd qoyub. Qərb dövlətləri istəsələr də, istəməsələr də İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirir və bundan sonra da belə olacaq. Azərbaycanın inkişaf modeli artıq Avropada qəbul olunub. Qərb ölkəsi də bu modeli digər dövlətlərə nümunə kimi göstərir. Bir sözlə, Qərb başa düşməlidir ki, bura Şərqdir və hər addımda ehtiyatlı olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB