Gələn il sərhədlərinin demarkasiyası ilə bağlı növbəti görüş gözlənilir

Gələn il sərhədlərinin demarkasiyası ilə bağlı növbəti görüş gözlənilir

"Rusiya və Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiya məsələləri üzrə aparılan işlər uğurla gedir". SİA-nın məlumatına görə, bunu Rusiya prezidentininn MDB ölkələrinin delimitasiya və demarkasiya məsələləri üzrə xüsusi nümayəndəsi İqor Braçikov bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycan nümayəndə heyəti Moskvada səfərdə olub və demarkasiya məsələləri üzrə detallar müzakirə olunub.

İ.Braçikov deyib: "2014-cü ildə konkret yerlər üzrə delimitasiya və demarkasiya işləri görülə bilər. Gələn il isə növbəti görüşün keçirilməsi istisna deyil".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə