Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonuna gedib. SİA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Astara şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət başçısına məlumat verib ki, son illərdə Heydər Əliyev Parkı sakinlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Parkda istirahət üçün hərtərəfli şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB