Məmməd Əliyev: “Ermənistanın torpaqlarımızı işğal altında saxlaması bu ölkəni iqtisadi və demoqrafik fəlakətə aparır”

Məmməd Əliyev: “Ermənistanın torpaqlarımızı işğal altında saxlaması bu ölkəni iqtisadi və demoqrafik fəlakətə aparır”

"Azərbaycan malik olduğu iqtisadi və siyasi imkanlarından öz milli maraqlarını həyata keçirmək, qlobal və regional mövqelərini möhkəmləndirmək üçün məharətlə istifadə edir". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Məmməd Əliyev Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı deyib.

Azərbaycanın müstəqilliyinin ilk dövrlərində üzləşdiyi çətinliklərdən danışan M.Əliyev bildirib ki, bu çətinliklərə baxmayaraq, ölkəmiz müstəqilliyini qoruyub, nəhəng ölkələrin təsirinə düşməyib: "Qonşu Gürcüstan da üzləşdiyi çətinliklərə baxmayaraq, öz müstəqilliyini qoruya bildi, heç bir ölkənin himayəsinə girmədi, Azərbaycan və Türkiyə ilə layihələrdə iştirak etdi. Cənubi Qafqazın ən kiçik ölkəsi Ermənistan isə tam əksinə hərəkət etdi. Müstəqilliyinin ən önəmli hissəsini təslim edərək, forposta çevrildi. Ermənistan iqtisadi və demoqrafik fəlakətə doğru irəliləyir. Azərbaycanın bugünkü gücü Ermənistandan yeddi dəfə böyükdür və bu nisbət hər il böyüyür".

Bütün xəbərlər Facebook səhifəmizdə