Jalə Əliyeva: “Prezident İlham Əliyevlə bərabər gedəcəyimiz yer gələcəyimizdir”
"Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində qısa bir müddətdə Azərbaycanın təkcə region ölkələri arasında deyil, eyni zamanda dünya ölkələri arasında əhəmiyyətli bir mövqeyə gəlməsi göz qabağındadır". Bu fikirləri SİA-ya millət vəkili Jalə Əliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın belə inkişaf tempinin ölkəmizə gələn hər bir insanı heyrətləndirməsi sözün əsl mənasında Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir: "Bütün bunların səbəbi düzgün siyasət, atılan doğru addımlardır. Ölkə rəhbərinin bütün sahələrə yaxından bələd olması, Ulu Öndərin uzaqgörənliyinin davamçısı olması, bütün bunlar çox əhəmiyyətli amillərdir. Bu göstəricilərin bir insanda cəmləşməsi, onun özü üçün deyil, rəhbəri olduğu ölkə üçün böyük bir şansdır. Prezident İlham Əliyevin ən böyük silahı gördüyü işlər və ölkəsinin əldə etdiyi böyük iqtisadi uğurlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB