Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 22 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq edilib. Bununla belə MSK-nın iclasında İlyas İsmayılovun Ədalət Partiyası tərəfindən prezidentliyə namizədliyi təsdiq edilib və Ədalət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Daha sonra namizədliyi təsdiq olunan İ. İsmayılovun səlahiyyətli nümayəndəsinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
MSK-nın katibi Arifə Muxtarova qeyd edib ki, namizədliyinin təsdiq olunması ilə bağlı İlqar Məmmədovun MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı qənaətinə gəlinib: "Bəzi sənədlərdə Qanunvericiliyin müddəaları pozulub. Sənədlər 19 avqustda sürətli poçtla geri qaytarılıb. 23 avqustda isə yenidən MSK-ya göndərilib. Buna baxmayaraq, sənədlərdə yenə çatışmazlıqlar olub".
Qeyd edək ki, ümumilikdə indiyədək 15 nəfərin namizədliyi təsdiqlənib. Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Qüdrət İsaqovun, İsmayıl Yusifovun, Elşən Həsənovun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun, prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.
Qeyd edək ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB