Sədr müavini: “Həmsədrlərin regiona növbəti səfərində ciddi dəyişiklik olacağını düşünmürəm” MÜNASİBƏT
"Biz bu irəliləyişi hər zaman gözləyirik". Bunu SİA-ya Milli Məclisin Sədr müavini Bahar Muradova ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrda regiona növbəti səfərinə və həmin səfər çərçivəsindəki gözləntilərə münasibət bildirərkən deyib.
Bahar Muradovanın sözlərinə görə, bunu konkret bir səfərə və yaxud da hər hansısa bir ölkə nümayəndəsinin dəyişməsinə bağlamaq olmur: "Çünki bu kimi proqnozlar bir qayda olaraq özünü doğrultmur. Həmsədr ölkələrin özünün ayrılıqda məsələyə yanaşması var. Təəssüf ki, biz hələ onların yanaşma tərzində hansısa ciddi dəyişikliklə qarşılaşmamışıq. Bir sözlə, onların gəlişi ilə əlaqədar ciddi dəyişiklik olacağını düşünmürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB