Müsahibimiz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdır
- "Milli Şura"nın qalmaqallarla başa çatan sonuncu iclası onu deməyə əsas verirmi ki, orada təmsil olunanlar bir-birinə zidd fikirlər daşıyan insanlardırlar?
-"Milli Şura"nın sonuncu iclası göstərdi ki, bu qurum demək olar ki, dağılıb, sadəcə bunu rəsmi elan etmək lazımdır. Avqust ayının 19-da rəsmən qurumun dağılmasını elan edəcəklər. Müsavatçılarla "yurd"çular arasında münasibət nifrət həddindədir. Rauf Arifoğlunun qeyri-müəyyən statusu da bunu sübut etdi. Bu adam ad çəkmədən dedi ki, "itlər üstümüzə hücum edirlər və mən bilirəm ki, kimdən nə qədər pul alıblar". Bundan sonra Əli Kərimlinin bütün tərəfdarları açıq şəkildə Rauf Arifoğlunu və müsavatçıları təhqir etməyə başladılar. Bu insanların bir-birinə olan münasibəti 20 ildir davam edir. Heç vaxt münasibətlər yaxşı olmayıb. İsa Qəmbərlə Ə. Kərimli hal-hazırda mehriban düşməndilər. Ə.Kərimli bütün günü kampaniya aparırdı ki, Rüstəm İbrahimbəyovdan başqa bir namizəd varsa , bu, xəyanətdir. Ancaq indi özü namizəd olmaq fikirninə düşüb və partiyasının tələm-tələsik iclasını keçirdib qərar verir ki, Rüstəm İbrahimbəyovdan başqa da namizəd vermək olar. Müsavatçılar da Ə.Kərimlinin bu qərarını ələ salırlar və ona gülürlər.
- "Milli Şura"nın avqustun 18-nə təyin etdiyi aksiyaya hazırki mərhələdə hansısa zəruriyyət var?
- Aksiyanın təşkili də heçnəyi dəyişməyəcək. Bu qərar özlərinə olan basqını aradan qaldırmaq üçün. Mitinq taktikasına əl atırlar ki, ola bilsin vəziyyət dəyişsin. Radikal siyasi qüvvələrin xalq tərəfindən ciddi dəstəyi yoxdur. Mən hər zaman demişəm, uzun illərdir bu qüvvələr mitinq keçirir. Həmin mitinqlərə xeyli sayda insan gəlmir. Gələnlərdə özlərinin bir neçə qohumlarıdır. Bu mitinqə də ciddi dəstək almayacaqlar.
- Bu aksiyasların keçirilməsi hansısa xarici qüvvələrin sifarişi ilə ola bilərmi?
- Özlərini milli və demokratik qüvvə adalandıran siyasi qüvvələr 75 yaşlı qoça bir kişinin tələsinə düşdülər. Rüstəm İbrahimbəyov bu adamları sadəcə dirijor çubuğu ilə idarə etdi. Bu
biabirçılığı həm xalq gördü, həm da Qərb dairələri. Birmənalı şəkildə deyirəm ki, seçkidən sonra radikal müxalifət tamami ilə zəifləyəcək.
CAHİD SÜLEYMANOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB