“Rüstəm İbrahimbəyovun fikirləri xəstə təfəkkürün məhsuludur” AÇIQLAMA

Vüqar Rəhimzadə: "Düşünürəm ki, hər bir vətəndaş onun cavabını verməlidir"
“Rüstəm İbrahimbəyovun fikirləri xəstə təfəkkürün məhsuludur” AÇIQLAMA

"Rüstəm İbrahimbəyovun fikirləri xəstə təfəkkürün məhsuludur. Bu, bir növ anormal düşüncə tərzini özündə əks etdirən fikirlərdir. Həmin fikirlər onun daxili xislətini bir daha ortaya qoyur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi ilə bağlı mətbuata verdiyi sərsəm iddialara münasibət bildirərkən deyib.

Vüqar Rəhimzadənin sözlərinə görə, Rüstəm İbrahimbəyov anti-demokratik və insanlıqdan uzaq, aqressiv bir şəxsdir: "Düşünürəm ki, hər bir vətəndaş onun cavabını verməlidir. Bu kimi insanlar şou yaratmaqla gündəmdə qalmağa çalışırlar. Rüstəm İbrahimbəyov və onu ətrafında cəmləşənlər şəxsi maraqları çərçivəsində çıxış edənlərdir. Həmin şəxslər daim öz maraqlarını, xalqın və dövlətin maraqlarından üstün tutublar. Hamıya da məlumdur ki, bu kimi dar düşüncə tərzinə malik olan insanlar Azərbaycan xalqının rədd cavabı ilə üzləşiblər. Bu mənada hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı anormal düşüncə tərzində olan bu kimi insanlara öz münasibətini bildirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə