Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "AFRA" Oğuz hotelində təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turunun bağlanış mərasimi möhtəşəm anlara şahidlik edib. SİA-nın xəbərinə görə, bağlanış mərasimində YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Mərkəzi Aparatının Emin Abbasov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü, YAP Yasamal rayon GB-nin sədr Bəxtiyar Nəbiyev, YAP GB-nin Layihələr üzrə kordinatoru Leyla Kərimova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri Əli Pənahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Taleh Məmmədov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Elmmədin Əmirov və turda iştirak edən gənclər iştirak edib.
Möhtəşəm gecədə çıxış edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, YAP GB-nin həyata keçirdiyi bu layihə dövlətimizin gənclər siyasətinin tərkib hissəsidir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay Məktəb"lərində hər dəfə yüzlərlə gənc iştirak edir. "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turunda iştirak edən 90-a yaxın gəncə belə unikal proqramdan yararlanmaq, faydalanmaq imkanı yaradılıb. Burada gənclər təkcə öz istirahətlərini, asudə vaxtlarını keçirmirlər, eyni zamanda fikirlərini, dünya görüşlərini, bilik və bacarıqlarını Azərbaycanın bütün bölgələrindən gəlmiş dostları ilə, həmyaşıdları ilə bölüşürlər".
Sonda millət vəkili Məlahət İbrahimqızı bir daha "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turunda iştirak edən gənclərə uğurlar arzulayıb.
Sonra "Gizli Dost" oyununda iştirak edən gənclər bu günə qədər gizli saxladıqları dostlarının adlarını açıqlayıblar. Gizli dostlar bir-birlərinə qiymətli hədiyyələr təqdim ediblər.
Daha sonra gənclər və münsiflər heyətinin qərarına əsasən müəyyən olunan turun ən fəal gənclərinin adları açıqlanıb. Fəal gənclərə qiymətli hədiyyələr verilib.
Bağlanış mərasimi əyləncəli şou proqramla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB