"Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət göz qabağındadır"

Fazil Mustafa: "Ölkə prezidentinin belə bir ada layiq görülməsi Azərbaycan üçün də müsbət göstəricidir"
"Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət göz qabağındadır"

Bütün hallarda Azərbaycan siyasətçisinin dünyada bu cür təbliğ olunması müsbət haldır". SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycan prezidenti İlham Əliyevin İƏT məkanında "İlin dövlət başçısı" seçilməsi məsələsinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, ölkə prezidentinin "İlin dövlət başçısı" seçilməsi onun ölkəsi üçün də uğurludur: "Dünyada Azərbaycan dövlətini onun prezidenti İlham Əliyev təmsil edir. Ölkə prezidentinin belə bir ada layiq görülməsi Azərbaycan üçün də müsbət göstəricidir. Baxmayaraq ki, biz müxalif yönlüyük, lakin prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət göz qabağındadır".

Qeyd edək ki, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə