Azay Quliyev ATƏT-in rəhbər orqanlarında təmsilçilik hüququ əldə edib
Bu gün ATƏT-in Parlament Assambleyasında rəhbər orqanlara keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev də iştirak edib. SİA-nın məlumatına görə, azərbaycanlı millət vəkilinin rəqibi Vahid Rusiya Partiyasının üzvü, Rusiya Federasiya Şurasının ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, general Vladimir Kulakov olub.
Gizli səsvermə nəticəsində Azay Quliyev rəqibindən çox səs toplayaraq ATƏT-in Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin (1-ci komitənin) sədr müavini seçilib.
Bununla da Azərbaycan bu quruma üzv olandan bəri ilk dəfə olaraq ATƏT-in PA-nın rəhbər orqanlarında təmsilçilik hüququ əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB