"Mən Türkiyəni Almaniya ilə müqayisə etməzdim. Təbii ki, hər bir rejimdən narazı olan qüvvələr var. Hesab edirəm ki, Türkiyədə yaşanan proseslərə başqa prizmadan yanaşılmalıdır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanda eləcə də Türkiyə hökumətində bir az arxayınlıq yaranmışdı: "Mən Türkiyənin daxilində baş verənləri Almaniya prizmasından yox, Azərbaycanın daxilindən əlaqələndirməyə daha çox meylliyəm. Hesab edirəm ki. burada xarici qüvvələr daha mühüm rol oynayır. Bizim hökumət arxayın deyil və arxayın da olmayacaq. Azərbaycan hökuməti kifayət qədər ayıq-sayıqdır. Amma mən istəyərdim ki, R.T.Ərdoğan və onun hökuməti belə məsələlərdə Azərbaycanın keçdiyi yola diqqətlə baxsın. Böyük qardaş, kiçik qardaş söhbəti yoxdur. Qardaş qardaşdır. Onların bəzi şeyləri Azərbaycandan öyrənmələri məsləhətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB