"Müxalifətin bu günə kimi Milli Şura yaratmaq adı altında cəmiyyətə verdiyi bütün açıqlamalar, mesajlar heç biri özünü doğrultmayıb". Bunu SİA-ya millət vəkili Jalə Əliyeva müxalifətin Milli Şura yaratması ilə bağlı göstərdiyi canfəşanlığa münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, müxalifətin ötən ayın sonlarında şuranın yaradılması ilə bağlı bəyanatları da bu günə kimi hələ də açıq qalmaqdadır: "Ümumiyyətlə, müxalifətin indiyədək söylədiyi bütün fikirlər, verdiyi vədlər bir daha onu göstərdi ki, artıq hər şey fiaskoya uğrayıb. Bu, baş aldatmaq, özü-özünü razı salmaq, təqlid etməkdən başqa bir şey deyil. Bunların hər biri cəmiyyətin fikrini qarışdırmağa və ayrı-ayrı istiqamətlərə yönəltməyə hesablanıb. Düşünürəm ki, Azərbaycan xalqı ayıq-sayıq xalqdır. Bu xalq heç bir zaman qeyri-ciddi nüansların arxasınca getməyib və bundan sonra da getməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB