Rasim Musabəyov: “Türkiyədaxili proseslərdə siyasi provakasiya izləri fərziyədir”
"Hələlik, Türkiyədə baş verən hadisələrdə xarici ölkələrin siyasi provakasiya izlərinin olduğunu bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan fərziyə kimi irəli sürüb. Amma bu amili təsdiqləyən konkret bir fakt yoxdur. Ancaq istisna etməkdə doğru deyil". Bunu SİA-ya politoloq, millət vəkili Rasim Musabəyov Türkiyədə baş verən hadisələri şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Türkiyədə baş verən hadisələr Suriya və İranın diqqət mərkəzindədir: "Son zamanlar Türkiyənin müstəqil davranışı Avropanın, ABŞ-ın, Rusiyanın, İsrailin və digər ölkələrin ürəyincə deyil. Ancaq onların açıq şəkildə Türkiyənin daxilindəki siyasi proseslərə təsiri ilə bağlı fakt yoxdur. Bu, sadəcə fərziyə kimi səslənə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB