Əli Əhmədov ABŞ-ın ölkəmizdəki səfirilə görüşüb

Əli Əhmədov ABŞ-ın ölkəmizdəki səfirilə görüşüb

İyunun 3-də Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın mənzil qərargahında görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, ölkəmizin geosiyasi durumu və cərəyan edən proseslər əsas müzakirə mövzusu olub.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə