İran prezidentinin uçduğu vertolyot qəzaya uğradı

İran prezidentinin uçduğu vertolyot qəzaya uğradı

İran prezidenti Mahmud Əhmədinejadın olduğu helikopter İranın şimalında dağlıq ərazidə qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejadın uçduğu vertolyotda texniki nasazlıq yaranıb, pilot uçuşu Əlborz dağının ətəyində xəsarətsiz başa vurmağa nail olub.

İranın rəsmi informasiya mənbələrinin məlumatına görə, prezident Tehrandan ölkənin şimalına - Xəzər sahillərinə doğru uzanan ən uzun avtomobil tunelinin açılışında iştirak etməyə gedirmiş. O, açılışdan sonra Tehrana avtomobillə qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə