"Satqınlar yuvası – Dağıdıcı müxalifət"

Hafiz Hacıyev: “İsa Qəmbərov və atası hər zaman satqınçılıq edən adamlar olublar”
"Satqınlar yuvası – Dağıdıcı müxalifət"

Heç bir hərəkatda, birlikdə, şurada birləşə bilməyən dağıdıcı müxalifət nümayəndələri bunun səbəbini yaxşı bilirlər. Onlar bilirlər ki, hərəsi bir ölkəyə satqınlıq etməklə heç vaxt heç bir uğura nail ola bilməzlər. Lakin pul hərisliyi və milli mənafei düşünməmə kimi viruslar onların qanına elə hopub ki, bunun qarşısını özləri belə ala bilmirlər. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, müxalifət xalqın içindən çıxıb, xalqın mənafeinə xidmət edən məsələlərlə məşğul olmalıdır: "Lakin radikal müxalifət dediyimiz İsa Qəmbərlər, Əli Kərimlər xalqa düşmən olanlardır. Onlar öz mənafeini düşünənlər və öz istəkləri üçün mübarizə aparanlardır. Onlar xalqın mənafeini düşünmürlər. Bunlar həm də xarici qüvvələrə işləyənlərdir. Bu fikirləri əsas götürərək deyə bilərəm ki, xarici qüvvələrin Azərbaycandakı satqınları olan və ölkəni sevməyən xarici qüvvələrə xidmət edən bu müxalifət güya Milli Şura təsis edilməsi və siyahısının acıqlanması ilə bağlı qərar qəbul etmişdilər. Bunlar 1918-1920 ci illərdə Azərbaycanın müstəqilliyini istəməyən və bu müstəqilliyi əlimizdən almağa çalışan bolşeviklərin nəvələridir. Onlar hansı Milli Şuradan danışırlar. Belələri bolşeviklərdən törəyən insanlardır və xalqın mənafeyi üçün heç bir şura, birlik yarada bilməzlər. Milli Şura müəyyən 3-4 nəfərin arasında gedən prosesdir və bunu heç şişirtməyə dəyməz. Bu insanlar əgər düşünürlərsə, Milli Şura və ya başqa birliklər, şuralar yaratmaqla dövlət çevrilişi edəcəklər, dövlətə zərbə vuracaqlar, bu qətiyyən yalnış fikirlər, düşüncələrdir. Onlar heçnəyə nail olan deyillər. Bu gün 3-4 nəfər şəxsi marağını güdən insanın hansısa şura yaratdıqlarını elan etməsi və bu məsələni şişirtməsi təmamilə absurd bir işdir. Onlar istəyirlər ki, ictimaiyyətin diqqətini özlərinə cəlb etsinlər. Bu isə alınmır. Eldar Namazovda, İsa Qəmbərdə, Əli Kərimlidə hərəsi bir dövlətə işləyir. Bunun nəticəsində də bəzisi avropadan maliyyə aldığına və bəzisi də Rusiyadan maliyyələşdiklərinə görə aralarında razılığa gələ bilmirlər və siyahının dəqiqləşdirilməsində çətinlik çəkirlər. Çünki onları maliyyələşdirən dövlətlərin özlərinin də maraqları üst-üstdə düşmür. Siyahının dəqiqləşdirilməsi məsələsinə gəldikdə isə qeyd edim ki, onlar istəyirlər ki, siyahıya elə adamlar salsınlar ki, həmin adamlar daha yaxşı və daha çox satqınlıq etməyi bacarsın.

- Formal da olsa keçirilən toplantıya qədər Müsavat başqanı İsa Qəmbər Milli Şura ideyasını dəstəkləyirdi. Lakin İsveç səfərindən sonra İsa Qəmbər fərqli mövqe ortaya qoydu. Sizcə fərqli düşünmə və fərqli mövqeyin ortaya qoyumasının səbəbi nədən ibarət ola bilər?

- Məlumdur ki, İsa Qəmbərov ayağı sürüşkən olduğu üçün tez-tez satqınlıqla məşğul olub və indi də bu işi davam etdirir. İsa Qəmbərov anadan olduğu gündən bu günə qədər satqınlıqla məşğuldur. Bu adam bir dövlətə deyil, bir neçə dövlətə satqınlıq edir. Bu adam Azərbaycanı ermənilərə də satır, Ruslarada satır, Avropayada satır, Amerikayada satır. Son dəfə isə İsveçə səfər edərkən, orada da bu insana çoxlu pul təklif ediblər ki, ölkənin milli mənafeinə zidd olan işlər gör və bizdə sənə çoxlu maddi yardım edəcəyik. İndi pulu görən kimi yenə də öz satqınlıq peşəsinə sadiq qalan İsa Qəmbərov fikrini dəyişib. İndi ona hansı dövlət çox pul verirsə bu adam həmin dövlətə işləyir. Məhz bu səbəblərə görə də qalıb bir neçə dövlətin arasında.Onu da deyim ki, İsa Qəmbərov və atası hər zaman satqınçılıq edən adamlar olublar. Bir məsələni vurğulayım ki, bir neçə il bundan öncə, İsa Qəmbərovun atası rəhmətə gedəndə mən o yasda iştirak edirdim, məlum oldu ki, İsa Qəmbərov atasının başını divara vuraraq, ona deyib ki, daha sən satqınlıq etmə, indi də qoy mən satqınlıq edim. Bunun üstündə o atasına işgəncələr verirmiş. Görürsüz bu insanlar xarici dövlətlərə işləyən adamlardırlar.

Bu Milli Şura ideyasında biz bir məsələnində şahidi olduq ki, vaxtilə Azərbaycanın torpaqlarını satan və indiyədək ölkənin əleyhinə gedən insanların hamısı gəlib bu Milli Şurada birləşmək istəyirlər. Bu yalançılar, satqınlar insanları inandırmağa çalışırlar ki, güya Milli Şura yaratmaqla hansısa böyük bir iş görəcəklər. Bu qətiyyən belə deyil. Milli Şura boş bir ideyadır və bunun ətrafında aparılan müzakirələr, elan olunması, siyahının təsdiqlənməsi hamısı faydasız, lazımsız məsələlərdir. Belə məsələlərə inanmaq lazım deyil. Hətda onu da bilmək lazımdır ki, 28 may günü Milli Şuranı elan etmək istəyən bu insanları orada olan sadə vətəndaşlar daş-qalaq ediblər. Çünki insanlarda, vətəndaşlarda bu insanlara inam, güvən qalmayıb. Onlar bilməlidirlər ki, Azərbaycan gəncliyi, xalqımız heç vaxt imkan verməzlər ki, Eldar Namazov, İsa Qəmbərov, Əli Kərimov, Rüstəm İbrahimbəyov və onlar kimiləri ölkəmizdə ictimai sabitliyi pozsunlar və ya nəyəsə nail olsunlar. Bu fikri ona görə qedy edirəm ki, məndə olan məlumata görə onlar hazırlaşırlar ki, yenə də mitinqlərə çıxsınlar. Belə ki, aksiyalara insanları, vətəndaşları cəlb etmək üçün xaricdən aldıqları pulları camaata paylamaq istəyirlər və bunun vasitəsilə də aksiya iştirakçılarının sayıdı artıqmağa cəhd göstərirlər. Onu da qeyd edim ki, artıq aksiyaya gələnlərin hər birinə 100 avro vəd ediblər. Görürsünüz artıq manatda yox, avro təklif edirlər. Bu isə onu göstərir ki, Avropadan Azərbaycanı sevməyən qüvvələrdən aldıqları pulları paylamaq istəyirlər. Lakin onların bu cəhdlərinin qarşısı alınacaq. Vətəndaşlar qəti şəkildə bu insanlara inanmırlar.

- Milli Şura ideyasını ümumi müxalifətin dəstəkləməməsi bu ideyanın Rusiyanın layihəsi olması ilə bağlı ola bilərmi?

- Təbii ki, bu məsələ yaranan gündən, bu ideya ortaya çıxandan bəri bu insanlar arasında mübahisələr dərinləşir. Bunlar oyunlar qurublar və bu oyunları oynamaqla insanlar arasında Milli Şura ideyasını şişirtmək istəyirlər. Şayələr yayırlar, siyasi şoular göstərirlər, özlərini reklam edirlər. Milli Şura ideyasını təbii ki, bütün müxalifət dəstəkləmədi. Dəstəkləyənlər arasında olan insanlar isə satqınlar, xəyanətkarlardır. Məsələn AXCP sədri Əli Kərimli hamıya məlumdur ki, satqının, xəyanətkarın biridir. Elnar Namazovda, İsa Qəmbərdə onun tayıdı. Belə olduğu təqdirdə bu insanları kim dəstəkləyək ki?! Əlbəttə heç kim. Əli Kərimov özü həm də cinayətkardır. O, Əbülfəz Elçibəyi zəhərləyib öldürüb. Bunu özləri yaxşı bilirlər. Axı bu cinayətkardan xalqa heç bir xeyir gələ bilməz. Bunu bütün vətəndaşlar yaxşı bilir və belə insanları dəstəkləmirlər. Onu da qeyd edim ki, bu bolşevik nəvələri ölkədə heç nəyə nail olmayacaqlar. Torpaqlarımızı satan, millətimizin mənafeyini ayaq altına salan, vətənini sevməyən bu satqın insanlar heç nə qazanmayacaqlar.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə