Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olub
Mayın 3-də Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, burada təmir işlərinə 2012-ci ildə başlanılıb. Meydanda 72 metr hündürlükdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bundan başqa, əraziyə bitişik park da gözəl tərtibatda yenidən qurulub. Ətrafda geniş abadlıq-quruculuq və yaşıllıq işləri görülüb. Burada 18 min kvadratmetr sahəyə daş plitə döşənmiş, müasir işıqlandırma sistemi qurulub.
Prezident İlham Əliyev Bayraq meydanında görülmüş işlərdən razılığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB