"Bu gündən Azərbaycanda öz işinə başlayan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası islam ölkələri arasında bir sıra məsələlərin həll olunmasına xidmət edir". SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, konfransın keçirilməsində məqsəd islam ölkələri arasında gənclər və qadınların işsizlik problemlərinin həlli, əmək bazarının yüksəlməsi, iqtisadiyyatın yüksələn əmək bazarının tələbatlarına cavab verməsi üçün əməkdaşlığın yaradılmasından ibarətdir: "Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı təşəbbüs 2011-ci ildə əmək nazirlərinin birinci konfransında irəli sürülmüşdü. Həmin zaman iştirakçı dövlətlər bu təşəbbüsə səs veriblər. Azərbaycanda keçirilən konfrans çərçivəsində bu gün və sabah ayrı-ayrı ölkələrin əmək nazirlərinin yüksək rəsmiləri ayrı-ayrı təqdimatları olacaq. Bu təqdimatlar müasir dünyanın bu məsələlərlə bağlı çağırışlarından ibarətdir. Bu mövzuda Azərbaycanın da ambioz planları var və bizim təcrübəmiz də digər dövlətləri maraqlandırır. Hesab edirəm ki, bu konfrans gələcəkdə bütün müsəlman dövlətlərində bu sahəyə koordinasiyanı gətirməklə yanaşı, Azərbaycan üçün də əhəmiyyətli olacaq. Tədbirdə əsas prioritetlər müasir dünyada əmək bazarına olan tələbatların çevik şəkildə ödənilməsi, qadınların, gənclər arasında işsizlik problemlərinin həll edilməsi, təhsillə əmək bazarının bir-birinə uyğunluğu, əmək bazarının iqtisadiyyatın tələblərinə cavab verməsi və digər məsələlərdir".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB