"Azərbaycan müxalifəti və onun təsiri altında olan kütləvi informasiya vasitələri xarici ölkələri mütəmadi olaraq ölkəmizin daxili siyasətinə qatmağa və siyasətimizin iştirakçısına çevirməyə çalışırlar". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianın "Turan" agentliyinə verdiyi müsahibənin təhrif olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu hadisənin baş verməsi Azərbaycan müxalifətinin sosial bazasının zəifliyi və onların cəmiyyətlə işləmək qabiliyyətinin aşağı olması ilə bağlıdır: "Azərbaycan müxalifəti bu addımla növbəti dəfə məsələni saxtalaşdırmağa cəhd etdi. Eyni zamanda deyilməyən fikri kiminsə adına yazmaq bacarıqlarını ortaya qoydu. ABŞ Dövlət katibinin müşavirinin seçkilərlə bağlı dediklərini təhrif edib özlərinə məqbul formada cəmiyyətə təqdim ediblər. Melia isə belə bir fikir demədiyini və bunun Azərbaycanın daxili işi olduğunu bildirdi.
Bundan başqa millət vəkili bildirdi ki, qarşıdan gələn seçkilər də bundan öncəki seçkilər kimi konstitusiya və qanuna uyğun olaraq keçiriləcək: "Rəqabətli mübarizədə ən çox səs toplayan namizəd yenidən 5 il müddətinə Azərbaycana rəhbərlik etmək hüququ qazanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB