Rusiyalı nazir: “Kiprə görə Türkiyə ilə işbirliyimizi riskə ata bilmərik”
Türkiyə ilə olan işbirliyimizi riskə ata bilmərik. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın enerji naziri Aleksandr Novak Kiprin Aralıq dənizində təbii qaz yataqları axtarışlarına münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, Rusiya Kiprin açıq dənizdə qaz axtarışlarına görə Türkiyə ilə münasibətləri korlaya bilməz: "Kiprlə bağlı bir sıra həll edilməmiş məsələlər var. Türkiyə ilə tarixi işbirliyimiz var. Buna görə bu məsələ gündəmdə deyil".
A.Novak 4 milyard kub metr təbii qazın Rusiyadan özəl sektor vasitəsilə gətirilməsi məsələsinə isə bunun "Botaş" və "Qazprom" arasında razılaşmadan asılı olduğunu vurğulayıb.
Təbbi qazın idxalının yavaş-yavaş "Botaş"dan özəl sektora keçdiyini xatırladan Novak qərarın tamailə Türkiyə enerji və təbii sərvətlər nazirliyinin ixtiyarında olduğunu bildirib.
Samsun-Ceyhan xam neft boru xətti layihəsindən italyan enerji şirkəti "ENİ"nin, Kiprdəki fəaliyyəti səbəbiylə geri çəkilməsindən sonra Rusiyanın necə addım atacağı ilə bağlı məsələyə açıqlama gətirən rus nazir qeyd edib ki, layihənin reallaşdırılması indi gündəmdə deyil, əgər layihə gəlirli hesab olunsa digər şirkətlərlə müqavilə imzalanacaq
Rusiyalı nazir qaya qazının təbii qazla rəqabətindən də danışıb: "Təbii qaza alternativ olaraq göstərilən qaya qazı istiqamətində işlər aparılır. Ancaq Rusiya olaraq düşünürük ki, 2030-cu ilə qədər təbii qaza olan tələbat artacaq. Ancaq bu təbbi qazla bərabər qaya qazına olan tələbatın azalacağı mənasına gəlməməlidir. Biz bazardakı məhsulların çeşidlərinin artırılması üçün şərq bölgələrimizə diqqəti artırmışıq".
Nazir qeyd edib ki, ucuz olması və geniş istifadəsi səbəbiylə təbii qaz ana qaynaq olmağa davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB