Sabirabad sakinləri AXCP üzvlərini rayondan qovublar

Sabirabad sakinləri AXCP üzvlərini rayondan qovublar

20 aprel 2012-ci il tarixdə saat 12.00 radələrində AXCP üzvü, Sabirabad şəhəri H.Həmidov küçəsi dalan 3, ev 16-da yaşayan Rüstəmov Sahib Cəbrayıl oğlunun həyət evində AXCP Sabirabad rayon təşkilatı icazəsis iclas keçirməyə cəhd göstərib. SİA-ya xəbəri Sabirabad Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən veriblər.

Məlumatda bildirilir ki, tədbirdə iştirak etmək üçün Bakı şəhərindən AXCP Alı məclisinin sədri Həsən Kərimov, sədr müavini Gözəl Bayramlı, əslən Sabirabadın Xəlfəlı kəndindən olan, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov gəliblər.

Onlar 30-35 nəfər yerli AXCP üzvünün iştirakı ilə həyətə daxil olarkən qonşularla aralarında mübahisə yaranıb. Tədbir nəzərdə tutulan ev bazarın ətrafında olduğundan oradakı sakinlər də tədbirin keçirilməsinə qəti etiraz edərək onlardan rayonu təcili tərk etməyi tələb ediblər. Sakinlərin tələblərinə məhəl qoymayaraq tədbiri keçirməyə cəhd göstərdikdə isə sakinlər tərəfindən yumurta və pomidor atəşinə tutulublar.

Bundan sonra sabirabadlı Natiq Ədilov camaatın üzərinə hücum çəkərək onları söyüb-təhqir edib. Buna rayon sakinlərinin əks reaksiyasından sonra yaxınlıqda olan polis hadisəyə müdaxilə edərək əhalini sakitləşdirməyə çalışıb, vəziyyətin gərginliyini görərək Bakıdan gələn AXCP-nin nümayəndələri tələm-tələsik rayon ərazisini tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə