Aydın Mirzəzadə: “Əgər dövlət bu hallarda zəiflik edəcəksə,...” AÇIQLAMA

Aydın Mirzəzadə: “Əgər dövlət bu hallarda zəiflik edəcəksə,...” AÇIQLAMA

"Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının ölkədəki son siyasi təzyiqlərlə bağlı yaydığı bəyanat reallıqların əksinə təhrif olunub. Əksinə onlar Azərbaycan hakimiyyətinə təşəkkür etməlidirlər ki, məhz ölkə hakimiyyəti qanunçuluğun keşiyində dayanır və ictimai sabitliyin qorunması üçün bütün gücünü səfərbər edir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün qarışıqlıq yaratmaq istəyən və qanunu pozmağa çalışan şəxslərə qarşı lazımi səviyyədə inzibati tədbirlər görülür: "Adı çəkilən şəxslərin (İlqar Məmmədov və Tofiq Yaqublu) heç biri siyasi motivlərə görə həbs edilməyib. Onların hər biri konkret olaraq cinayət əməlinə görə məhkəmə prosesini gözləyirlər. Əgər dövlət bu hallarda zəiflik edəcəksə, onda Azərbaycanda hansısa bir sabitlikdən, inkişafdan danışmağa belə dəyməz. Bu zaman biz dövlətçiliyimizi, qazandığımız uğurları çox böyük şübhə altına qoymuş olarıq. O zaman inkişaf olur və o zaman müstəqillik reallığa çevrilir ki, məhz qanunun aliliyi gözlənilir. Bu insanların bir qismi situasiyanı gərginləşdirərək divident qazanmağa çalışırlar. Digər qismi isə xaricdən müəyyən dairələrin tapşırıqlarını yerinə yetirmək üçün bu addımları atırlar. Heç də təsadüfi deyil ki, ölkəmizdə bir neçə əsgər ölümü ilə bağlı Fəvvarələr meydanına çıxan insanların arxasından Milli Demokratiya İnstitutunun (MDİ) milyonlarla manat vəsaiti çıxıb. Yəni, bu gün müxalifət partiyasının vəziyyəti real analiz etmədən, situasiyaya hüquqi qiymət vermədən bəyanat verməsi çox yanlış və qüsurlu bir məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə