Bu Allahdandır, insandandır, hər nədəndirsə müxalifətçi liderçələrin çoxunun adı dini adlardır, hansısa müqəddəs şəxslərin, peyğəmbərləin, imamların adlarıdır. İsası, Əlisi, İbrahim, Yusifi və daha kimlər. Əgər daşıdıqları adın az da olsa fəzilətinin milyonda bir faizini özlərində daşıya bilsəydilər dərd yarı olardı. Məsələ bundadır ki, adını İsa qoyalar, amma günahın İsanı çarmıxa çəkənlərdən heç də az olmaya. Ya da ki, Əli (Ə) adını daşıyasan, ancaq müaviyəlik etməyə çalışasan. Bu məsələnin bir tərəfi. Belələrinə kollektiv olaraq adı qənim olmuşlar deyəsən gərək.
İsa cəbrayıllılara nə dedi?
Müsavatın başı qanlı başqanı İsa Cəbrayıl qaçqınları ilə "dəhşət" görüş keçirib. Müxalifət qəzetləri yazır ki, guya içəridə yer olmayıb, 50 nəfəri də kolidorda saxlayıblar. Ancaq görüşdən çəkilən şəkillərə baxanda 30-40 adamdan başqa heç nə görmürsən. Bunların da 15- i elə Arif Hacılıdan və başqa müştəbehlərdən ibarətdir. İsa Qəmbəryan çıxış eləyib, bütün çıxışı Cəbrayılın icra başçısını tənqid eləməkdən və Cəbrayıl haqqında xatirələrini danışmaqdan ibarət olub. Bir nəfər yerindən durub bu adama sual verməyib ki, "a bəyçə, 20 ildir bunu deyirsən dəə, indi de görək Cəbrayılı necə ala bilərik?" Yəni 20 ildir onu-bunu təhqir etməyə alışqan olan müxalifət nə vaxt çıxış yolu göstərə bilib ki!? Söz yox ki, nə dövlətin, nə məcburi köçkünlərin, nə də Qarabağı qaytarmaq planının İsaya heç bir ehtiyacı yoxdur. Bu dövlətə məxsus siyasətdir ki, onu da ölkə rəhbərliyi layiqincə həyata keçirir. Gedib 3-5 dənə "CƏBİni, RAYIlı" tutub CƏBRAYIL haqqında görüş keçirmək başısoyuqluqdur. Zalım oğlu, qaçqınlara deyib ki, hay beşatılanım, topum-topxanam var, dağıdacam seçkini. Təxminən mahiyyətcə bu cür danışıb.
Əli İsaya "atacaq"
Bu vaxta kimi Əli Kərimlini İsa Qəmbərdən ayrılmağa qoymayan səbəb var idi. Bu həm AXCP(İ)-nin Müsavatın bir küncündə yerləşməsi ilə bağlıdırsa, yəni İsanın Əliyə bir otaq veriməsi ilə əlaqədardırsa, digər səbəb də Əlinin xarici qonororlarda İsaya güvənməsidir. Amma bu "dostluq" yaxın 1-2 ayda bitəcək, elə əvvəlki "qardaşlıq"lar kimi. Belə ki, Əli Kərimli artıq istiqaməti dəyişir, gözləyir ki, Eldar Namazov özünə yeni ofis götürsün. Görünür yeni ofisdə E. Namazovdan ofisdə bir yer alacağını artıq razılaşıb. Həmçinin İsaya əmin olan şamsız qalar prinsipi hələ 90-cı illərdən çoxuna bəllidir.
İbrahim İbrahimlinin kim döyüb?
Bu adamı çoxu qiyabi tanısa da mən onu üzbəüz tanımağa müyəssər oldum. Oldum, amma bu dılğırlıqda adam da görməmişdim. BU ADAMI DİLİ DÖYÜB. 60 yaşın ola, ancaq hərəkətlərini bilməyəsən, çatanla dava eləyəsən, qabağına çıxana şər atasan, ermənilərlə işbirliyindən danışasan, daha nələr. Müsavatın mətbuat konfransında bu adamın tərbiyəsizliyini gördüm. Yəqin Naxçıvanda da oxşar tərbiyəsizlik edib ki, "tərbiyələndiriblər." Eynəyi özündən beş-betər olan müştəbeh İbrahimli mənə deyirdi ki, "SƏS"-in işçisi bura gələ bilməz, Müsavatın mətbuat konfransında "SƏS" iştirak edə bilməz." Kişi düz deyir də, Müsavat hansı kəramət sahibidir ki, "SƏS" də onu işıqlandırsın. İbrahim məndən üzr istəyəndə ona yazığım da gəldi, amma bu adama, 60 yaşlı ağsaqqala başa sala bilmədim ki, siyasi baxışlarımız ayrı olsa da sən qarşındakına, xüsusilə də jurnalistə hörmət eləməlisən. 5 dəqiqəlik söhbətdə onu qandırınca özüm qanmaz oldum.
P.S. Əgər "İBRAHİM" Peyğəmbər adı olmasa idi, Urdu dilində bu sözün mənasını deyərdim, dinimizə, etiqadımıza hörmət edib də, calaq eləmirəm. Amma İbrahim "bəy" seçkiyə qədər heç olmasa get adını dəyiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB