Sabiqlər Azərbaycana gəlir

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün öz ölkələrində ilk və yeganə qadın ölkə rəhbərləri olan Kanadanın sabiq baş naziri Kim Kampbel və Yeni Zellandiyanın sabiq baş naziri Jennifer M. Şipley Azərbaycanda səfərdə olacaqlar. Qurumdan SİA-ya verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 40-dan çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaq.

Qeyd edək ki, Kim Kampbel BMT-nın dünya qadın məsələlərinə məsul olan Mişel Baçiləto əvəzləmək üçün olan əsas namizədlərdəndir.

Məlumat üçün bildirək ki, forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, "Foundation for Peace" və Gəncə şəhər İcra Hakimiyyətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə