Böyük Britaniyanın paytaxtı Londonda "Böyük Səkkizlik" ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb. Dünən artıq ikitərəfli görüşlər baş tutub. Rusiyanın xarici işlər naziri Serqey Lavrov ABŞ, Yaponiya və Fransa xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Bu gün isə gündəmdə olan əsas məsələlərin - Şimali Koreya, Suriya və İranın nüvə proqramının müzakirəsinə başlanılıb. Serqey Lavrov bildirib ki, Moskva Pxenyanın hərəkətlərini təxribat xarakterli hesab etsə də, vəziyyətin hərbi münaqişəyədək gətirilib çıxarılmasının qəti əleyhinədir. Vaşinqton və Tokio da Moskvanın bu mövqeyini dəstəkləyib.
Qeyd edək ki, görüş planlaşdırılarkən gündəmin əsas mövzusunun Suriya olacağı nəzərdə tutulsa da, Koreya yarımadasındakı vəziyyət prioritetin dəyişməsinə səbəb olub. Suriya məsələsinə gəldikdə isə, "Böyük Səkkizliyin" xarici işlər nazirləri ötən gün Suriya müxalifətinin keçid hökumətinin baş naziri Hasan Hitto və Suriya Milli Koalisiyasının bəzi nümayəndələri ilə də görüşüblər. Suriya müxalifəti növbəti dəfə hərbi yardım istəyib, lakin Qərb silah-sursatın radikal qruplaşmaların əlinə keçəcəyindən ehtiyat edərək, buna razılıq vermir.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada və Rusiyanın daxil olduğu "Böyük Səkkizliyin" xarici işlər nazirlərinin görüşü iyunda İrlandiyada keçirilməli olan "Böyük Səkkizlik" sammitinə hazırlıq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB