Avropa və qərb ölkələrinin heç biri Ermənistan prezidenti Serj Sarkisyanın inaqurasiyasında iştirak etməyib. Hətta inaqurasiya mərasiminə qatılmamaqla nümayişkəranə şəkildə keçirilən seçkini baykot etmiş oldular. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, inaqurasiya mərasiminə nə, Avropa Birliyindən nə də ABŞ-dan rəsmi nümayəndənin gəlməməsi seçkinin bayot olunması deməkdir: "ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rudvin Ermənistanda inaqurasiya mərasimi keçirilən zaman Gürcüstanda idi. Ancaq Ermənistan getmədi. Hesab edirəm ki, E.Rudvinin Gürcüstana gəlməkdə məqsədi açıq şəkildə Ermənistana getmək fikrinin olmamasını göstərmək idi. Bundan sonra Ermənistanın həm Rusiya, həm də Qərblə müəyyən problemləri yaşanacaq. Çünki Avrasiya İqtisadi Komissiyasına qoşulmaqla bağlı Rusiya nümayəndə heyəti ilə müqavilə imzalanacaq. Bu müqavilənin imzalanması Ermənistanın dövlət müstəqilliyinin itirilməsi deməkdir. Bir sözlə Ermənistan dövlətçiliyini itirmək ərəfəsindədir. Siyasi baxımdan Ermənistan prezidentinin taleyini bu istiqamətdə görürəm".
Ermənistan daxilindəki vəziyyət şərh edərkən politoloq bildiriib ki, bu gün Ermənistanda dəli Serj Sarkisyan və ağlını itirmiş Raffi Hovvanisyan var: "Hesablamaların onu deməyə əsas verir ki, Ermənistandakı müxalifət-iqtidar qarşıdurması yaxın vaxtlarda yeni, böyük toqquşmalara səbəb olacaq. Çünki Ermənistanda heç bir seçki qan tökülmədən keçirilməyib. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, bu Ermənistan "demokratiya"sının ifşasıdır. Ermənistanda demokratiya yoxdur, demokratiyanın imitasiyası var. Guya erməni rəhbərliyi demokratdır. Əslində isə xalqı qızışdıraraq mitinqlərə çıxarırlar, sonar isə gülləbaran edirlər. Yaxın zamanlara Ermənistan dövlətçiliyi üçün bir neçə parameter üzrə böhran gözləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB