İrəvanda tələbələr etiraz yürüşü keçirir

İrəvanda tələbələr etiraz yürüşü keçirir

İrəvanda tələbələr seçkilərdəki saxtakarlığa və yalançı prezidentə qarşı etiraz əlaməti olaraq yürüş keçirirlər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Yerevan Dövlət Universitetinin binası yaxınlığında başlayan aksiya iştirakçılarına əraziyə daxil olmağa icazə verməyiblər.

Tələbələr ali məktəbin professor və rəhbərliyini aksiya iştirakçılarının önünə çıxmağı tələb ediblər. Bundan sonra universitetin bir neçə müəllimi çıxaraq aksiya iştirakçılarından birini əraziyə dəvət edib.

"Biz bu gün bura öz hüquqlarımızı başa düşdüyümüzü və hazırki yalan vədlərin ölkəyə heç bir nəticə verməyəcəyini deməyə gəlmişik. Biz yalançı prezidentə dözmək niyyətin deyilik. Sizdən qorxmuruq", - aksiya iştirakçısı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə