“Sosial bazar iqtisadiyyatı üçün siyasət seçimləri: yerli və beynəlxalq prespektivlər” YENİLƏNİB
Bu gün "Sosial bazar iqtisadiyyatı üçün siyasət seçimlər: yerli və beynəlxalq perspektivlər" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbir İqtisadi və Sosial İnkişaf Mərkəzi, Qafqaz univeristeti və Konrad Adenauer Stifting tərəfindən təşkil olunub. Konfransa Qafqaz univeristetinin rektoru Ahmet Saniç, SAM-ın direktoru Fərhad Məmmədov, BMT-nin rezident əlaqələndiricisi Antomisu Broek, millət vəkili Vahid Əhmədov və başqa şəxslər iştirak edir. Tədbir hazırda davam edir.
Tədbiri giriş sözü ilə açan İqtisadi və Sosial İnkişaf Mərkəzinin İB-nin idarə heyətinin sədri Vüqar Bayramov bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda keçirilən sosial islahatların araşdırılmasıdır. Konfrans zamanı Sosial proqramların araşdırılması və qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. Müxtəlif ölkələrdə qurulan sistemlə bağlı məlumatların əldə edilməsi və bölüşdürlüməsi ilə əlaqədar konfrans iştirakçıları məlumatlandırılacaq. Nəzərə alsaq ki, 2013-cü il Azərbaycanda sosial il kimi qiymətləndirilir, deməli, bu il büdcədən müxtəlif sosial problemlərə ayrılan vəsaitlərin həcmində ciddi artımlar olacaq. Artıq üç ayın nəticələri göstərir ki, DSMF-nun gəlirlərin icrasında 37 % artım var. Bu da o deməkdir ki, pensiya və təqaüdləri 20% qədər artırmaq mümkündür. Bu da son illərin ən böyük artımı olacaq. Bu baxımdan sosial xarakterli konfransın keçirilməsinin əhəmiyyəti böyükdür.
Daha sonra çıxış edən Konrad Adenauer Stiftingin Regional Proqram rəhbəri Canan Atilcan Azərbaycan da aparılan uğurlu sosial siyasətdən danışıb. Bildirib ki, keçirilən konfrans təmsil etdiyi fondla Azərbaycanın gələcək əlaqələrini möhkəmləndirəcək.
Qafqaz Universitetinin rektoru Ahmet Sanic isə çıxışı zamanı Sosial bazar iqtisadiyyatının əhəmiyyətindən danışıb: "Son illər Azərbaycanda aparılan bu iqtisadiyyat növü daha çox maraq doğurur. Bu iqtisadi modelin əsası ili öndər Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir. Xüsusilə bu iqtisadi siyasət Azərbaycanın regionlarında uğurla davam etdirilir".
Daha sonra tədbir Konrad Adenauer Stiftingin Regional Proqram rəhbəri Canan Atilcanın moderatorluğu ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB