Hicran Hüseynova: "Azərbyacanda qadın hərəkatı güclü səviyyədə təşkil olunub"

Hicran Hüseynova: "Azərbyacanda qadın hərəkatı güclü səviyyədə təşkil olunub"

"İCAPP kimi beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycan xanımlarının Asiya qadınları ilə yaxından tanışlığı, əlaqələrinin yaradılması yolunda mühüm addımlardandır". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə Ailə Qadın və Uşaq problemləri üzrə dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bütün dünyada qadınların ictimai-siyasi həyatda fəaliyyəti ilə bağlı ciddi problemlər mövcuddur: "Bu tədbirin də əsas məqsədi belə problemlərin həlli ilə bağlı fikir mübadiləsinin aparılmasıdır. Hesab edirəm ki, Azərbyacanda qadın hərəkatı güclü səviyyədə təşkil olunub. Hazırda ən vacib məsələlərdən biri ondan ibarətdir ki, qadınlar idarə etmə səviyyəsində mümkün qədər güclü təmsil olunsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə