Vitse-spiker: “Rusiyanın atdığı addımlar beynəlxalq hüququn prinsiplərinə ziddir” AÇIQLAMA

Vitse-spiker: “Rusiyanın atdığı addımlar beynəlxalq hüququn prinsiplərinə ziddir” AÇIQLAMA

"Çox təəssüflər ki, Rusiya dövləti ATƏT-in Minsk qrupunun həmsədr üzvü olsa da hər zaman Ermənistanı həm iqtisadi həm də hərbi baxımından müdafiə edir. Bunu SİA-ya Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya və Ermənistan prezidentlərinin Moskvada təşkil olunan təkbətək görüşünə münasibət bildirərkən deyib.

Milli Məclis sədrinin müavininin sözlərinə görə, bu həmin dövlətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində sülhyaratma missiyasını həyata keçirən dövlət kimi statusuna uyğun gəlmir: "Çünki Rusiya ATƏT-in həmsədri olaraq Fransa, Amerika (ABŞ) kimi öz üzərinə öhdəlik götürüb. Bu öhdəliklərdən də biri odur ki, Rusiya bitərəf mövqe tutmalıdır. Hələ 1990-cı illərin axırından etibarən Rusiya Ermənistana qanunsuz silahlar verir. Bu da təbii ki, münaqişənin həllinə müsbət heç nə vəd etmir. Belə olan təqdirdə hesab edirəm ki, Rusiya tərəfinin bu kimi addımları qanunsuzdur və beynəlxalq hüququn heç bir norma və prinsiplərinə uyğun deyil".

Z.Əsgərov həmçinin Rusiyanın böyük israrla Azərbaycanın Gömrük İttifaqına üzv etməsi məsələsinə də toxunub: "Bizim bununla bağlı mövqeyimiz məlumdur. Azərbaycan nə Gömrük İttifaqına nə də Avrasiya İttifaqına daxil olmağa hazırlaşmır".

Bütün xəbərlər Facebook səhifəmizdə