Səlim Müslümov: “İqtisadi böhran əhalinin pul gəlirlərinə mənfi təsir edib”

Səlim Müslümov: “İqtisadi böhran əhalinin pul gəlirlərinə mənfi təsir edib”

Azərbaycan xalqının müstəqil dövlət quruculuğu kimi şərəfli tarixi vəzifəni yerinə yetirməsi bütün çətinliklərə öz dühası ilə qalib gələn boyük şəxsiyyətin – ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İdeoloji çərçivələrin hökm sürdüyü sovet dövründə hakimiyyətə gəldiyi ilk günlərdən sosial-iqtisadi inkişafın sürətləndirilməsi yolu ilə xalqın həyat səviyyəsinin yüksəldilməsi, institutsional əsasların, elmi və kadr potensialının formalaşdırılması ümummilli liderin fəaliyyətinin əsas məqsədini təşkil etmişdir. SİA-nın məlumatına görə, bunu bu gün "Heydər Əliyev 90: İqtisadi modernləşmə" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.

Fond sədrinin sözlərinə görə, bu təməl, sonradan, Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətin tarixi sınaqların dəf edilməsinin başlıca vasitəsinə çevrilmişdir: "Azərbaycanın müstəqilliyinin 20 ili ərzində sosial-iqtisadi həyatımızın ayrı-ayrı istiqamətlərində əldə olunmuş uğurlar ümummilli liderimiz Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Resrublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli islahatların məntiqi nəticəsidir".

S.Müslümov bildirib ki, 1992-1994-cü illərdə ölkədə hökm sürən iqtisadi böhran və inflyasiya əhalinin pul gəlirlərinə ciddi mənfi təsir edirdi. Yalnız 1995-ci ildən başlayaraq iqtisadiyyatın tədricən inkişaf etdirilməsi nəticəsində maliyyə imkanları yaradılmağa başlandı ki, bu da əhalinin sosial müdafiəsi sahəsindəki dövlət təsisatlarının işinə öz müsbət təsirini göstərdi: "Həmin dövrdə Dövlət Sosial Müdafiə Fonduna Azər­bayc­an Re­s­pub­li­ka­sı əra­zi­sin­də döv­lət pen­siya tə­mi­na­tı­nın, müa­vi­nət və ödə­niş xərc­lə­ri­nin ma­liyy­ə­ləş­di­ril­mə­si ba­ş­lıca və­zi­fə­ kimi həvalə olunmuşdu".

Qurum rəsmisinin sözlərinə görə, 2001-ci ildə Azərbaycan Resrublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Resrublikasında Pensiya İslahatı Konsersiyası" təsdiq edildi və əhalinin sosial müdafiəsi sistemində köklü dəyişikliklərin əsas istiqamətləri müəyyənləşdirildi: "Həmin konsersiyanın əsas məqsədləri üçpilləli pensiya sistemi üçün qanunvericilik bazasının və möhkəm maliyyə dayaqlarının yaradılması, fərdi uçot sisteminin tətbiqinə başlanılması, pensiyaların fərdi hesablarda şərti olaraq yığılmış vəsaitlər əsasında hesablanması, sığorta-pensiya sisteminin vahid orqan tərəfindən idarə olunması, pensiya sisteminin əhali üçün aydın və şəffaf olmasının təmin edilməsi idi".

Bütün xəbərlər Facebook səhifəmizdə