"Peykimiz düşməni kosmosdan müşahidə edəcək"

"Peykimiz düşməni kosmosdan müşahidə edəcək"

"Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması müstəqil dövlətimizin qüdrətini göstərən çox böyük uğurdur. Bu bizə iqtisadi səmərə ilə yanaşı mənəvi, siyasi və hərbi dividentlər getirəcək". SİA-nın məlumatına görə, bunu millət vəkili Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, peykimiz düşməni kosmosdan müşahidə etmək imkanı vərəcək. Onun fikrincə, bu hadisə, həm də Azərbaycanın intellektual mədəniyyətinin səviyyə göstəricisidir.

"Bu münasibətlə bütün xalqımızı, Azərbaycanın uğuruna sevinən hər kəsi ürəkdən təbrik edirəm. İndiyə qədər bizə yuxarıdan baxan güclər ən azı bizimlə eyni müstəvidə dayanmağa məcburdurlar. İndi bizim başımızın üstündə cənabi Haqqdan başqa heç kəsin kölgəsi yoxdur! İndi hər birimizin dünyanın hər yerində qürurla "Mən Azərbaycanlıyam! Mən Kosmos Dövlətinin Vətəndaşıyam!" söyləmək haqqımız var"- deyə millət vəkili vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə